Ağsu rayon statistika idarəsinin rəisi Mirəli Nağıyevdən aldığımız məlumata görə rayondan 40,7 min başadək mal-qara var və hər il süni mayalandırma yolu ilə orta hesabla 700-800 baş cins buzov alınır.
Mütəxəssislər hesab edirlər ki, fermerlər üçün mal-qaranın baş sayının artırılmasından daha çox, yüksək ət və süd istehsalına imkan verən cins heyvanların bəslənilməsi sərfəlidir. Bu, ərazilərin səhralaşmanın qarşısının alınmasına da müsbət təsir göstərir.