İsmayıllıda Beynəlxalq Əlillər günü qeyd edilib

Tarix: 4-12-2015 // saat: 12:48
İsmayıllı rayon icra hakimiyyəti “Qala” şadlıq sarayında Qarabağ müharibəsi əlillərinin, Çernobl əlillərinin, fiziki imkanları məhdud olan insanların iştirakı ilə Beynəlxalq Əlillər gününə həsr olunan tədbir keçirib. Dekabrın 1-dən başlayaraq RİH-nin təşkilatçılığı ilə hərəkət imkanı olmayan birinci qrup əlillərin, əlil və fərdi təhsilə cəlb edilmiş məktəb yaşlı uşaqların ünvanına həkimlər, müəllimlər, digər xidmət işçiləri ilə birlikdə gələrək qayğıya ehtiyacı olan sakinləri yad ediblər.
Şadlıq sarayındakı tədbirdə daha çox diqqəti cəlb edən əlil uşaqların yaradıcılıq nümunələri olub. Uşaqlara və ailələrə dəstək mərkəzinin könüllüləri olan əlil uşaqların da əl işləri tədbirdə sərgilənib. Qayğıkeş,mərhəmətli insanlar çoxsaylı əl işləri və yaradıcılıq nümunələrini almaqla əlillərə maddi dəstək olub.
Tədbirdə çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qeyd edib ki, İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış binaları istifadəyə verilmişdir. Bir çoxları xüsusi avtomobillərlə təmin olunmuş, ehtiyacı olanlar müxtəlif dərəcəli reabilitasiya kurslarını keçmişdir. Mirdaməd Sadıqov onu da bildirdi ki, bütün bunlar dövlət başçısı İlham Əliyevin əlillərin ehtiyaclarına və problemlərinə, onların cəmiyyətə tam qovuşması üçün maksimum əlverişli şərait yaradılmasına daim diqqət yetirdiyini bir daha təsdiq edir.
Tədbirdə çıxış edənlər əlillərin ehtiyaclarına daimi diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirilbər. Dövlət qayğısını aid bütün ünvanlara dəqiq və vaxtnda çatdırdığı üçün rayon rəhbərliyinə təşəkkür ediblər.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN