“Asan xidmət”in ağsululara göstərdiyi səyyar xidmətlər Ədliyyə və Daxili İşlər Nazirlikləri, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilir.
Göstərilən xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi və digər xidmətlər daxildir.
“Asan xidmət”ə müraciət edən sakinlər funksional yardım xidmətlərindən də yararlanırlar. Bu xidmətlərə, həmçinin qan qrupu barədə tibbi arayışların verilməsi daxildir.
Noyabrın 25-dən etibarən səyyar “Asan xidmət”dən az vaxtda yüzlərlə rayon sakini faydalanıb. Səyyar “Asan xidmət” ağsululara dekabrın 9-dək xidmət göstərəcək.