Rayon icra hakimiyyətinin məlumatına görə, cari mövsümdə bölgədə 20 min hektaradək sahədə taxıl əkiləcəyi gözlənilir. Əlverişli keçən hava şəraitindən səmərəli istifadə edən taxılçılar indiyədək 18700 hektar sahədə səpin aparıblar. Artıq 37 inzibati ərazi dairəsindən 24-də bu mühüm kampaniya başa çatdırılıb. Sabir, Şəhriyar, Ərçiman, Kələxana, Çarhan, Dəmirçi, Dədəgünəş, Meysəri və bir sıra digər ərazilərdə səpin vaxtında və yüksək aqrotexniki qaydalar əsasında aparılıb.
Hazırda qalan ərazilərdə əkin davam etdirilir. Hər gün sahələrə 180-dən çox texnika çıxarılır. Taxılçılar dekabrın 10-dək əkini başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər.