Leyla xanım Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyinin həyata keçirdiyi yaşıllaşdırma marafonu çərçivəsində İsmayıllı rayonunda ağacəkmə aksiyası keçirilib. Aksiya İsmayıllı rayonunun yaradılmasının 84-cü ildönümü gününə təsadüf edib.
Tədbirdə rayonun idarə və təşkilatlarından 200 nəfərdən artıq adam iştirak edib. Ekoloji mühitin daha da sağlamlaşdırılmasında xüsusi əhəmiyyət daşıyan aksiyada müxtəlif ağac – xüsusilə akasiya, ağcaqayın, lapan və digər cinslərdən ibarət 1500-dən artıq ting əkilib.
Ağaclar aqrotexniki qaydalara uyğun əkilməklə yanaşı onların suvarılması, eləcə də əkilən massivin ətrafının tikanlı məftillərlə hasarlanması həyata keçirilib.