Qobustan rayonunda cari ildə ümumi məhsul buraxılışı 14,1 faiz artıb

Tarix: 25-11-2015 // saat: 14:40
Kənd təsərrüfatı məhsullarının istehsalında artım 29,1 faiz təşkil edib. Bu il 50082 ton taxıl istehsal edilib. Mal-qaranın və quşların baş sayı artıb, bütün göstəricilər üzrə heyvandarlıq məhsulları istehsalı ötən ilin müvafiq dövrünə nisbətən çoxalıb
Ötən doqquz ayda rayonda tikinti-quruculuq və abadlıq işlərinin, habelə sosial layihələrin icrası üzrə xeyli işlər görülüb. Belə ki, 680 şagird yerlik şəhər 1 saylı tam orta məktəbin, R.Behbudov adına Uşaq İncəsənət məktəbinin binaları əsaslı təmir olunub, 2 nəfər Qarabağ əlili və 1 nəfər şəhid ailəsi üçün fərdi yaşayış evinin, 100 yerlik uşaq bağçası-körpələr evinin, kənd təsərrüfatı idarəsi üçün inzibati binanın, laboratoriyanın inşasında son tamamlama işləri aparılır. Qobustanda əlil və şəhid ailələri üçün tikilən 8 mənzilli binada yeni istilik sistemi qurulub.
Hesabat dövründə Poladlı və Yekəxana kəndlərinə təbii qaz verilib. Beləliklə də, artıq rayonun yaşayış məntəqələrinin 72,4 faizi, əhalinin isə 92,5 faizi təbii qazdan istifadə edir. Bu il Çuxanlı kəndində yeni su anbarı və su xəttinin, bulaqların açılışı olub. Hazırda isə Nabur kəndində su təminatı ilə əlaqədar tədbirlər davam etdirilir.
Həmçinin Qobustan şəhərində su şəbəkəsinin və kanalizasiya sisteminin yenidən qurulması üçün 73 milyon ABŞ dolları dəyərində yeni layihənin icrasına başlanılıb ki, bu da rayonda reallaşdırılacaq ən böyük sosial layihədir.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN