Kürdəmir rayon Statistika idarəsindən aldığımız məlumata görə, 2015-ci ilin ilk 9 ayında rayonun sənaye müəssisələri, habelə fərdi sahibkarlar tərəfindən faktiki qiymətlərlə 37911.8 min manatlıq və ya əvvəlki ilin müvafiq dövründən 84.8 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. İstehsal edilmiş məhsulların, göstərilmiş xidmətlərin ümumi həcmində dövlət sektorunun payı 15.2 faiz, qeyri-dövlət sektorunun payı isə 95.6 faiz artmışdır.
İstehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin 34169.0 min manatı və ya 90.1 faizi emal, 3138.9 min manatı və ya 8.3 faizi elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat, 603.9 min manatı və ya 1.6 faizi çirkli suların və tullantıların təmizlənməsi sahələrinin payına düşür.
Sənaye məhsulu və xidmətlərin ümumi həcmində məhsul istehsalının həcmi 90.1 faiz, göstərilmiş sənaye xarakterli xidmətlərin həcmi isə 9.9 faiz təşkil etmişdir.
2015-ci ilin üçüncü rübünün sonuna sənaye müəssisələrinin anbarlarında əvvəlki dövrlərdən qalan qalıqlar da nəzərə alınmaqla 24.8 min manatlıq və ya ötən ilin müvafiq dövründən 20.1 min manatlıq çox hazır məhsul ehtiyatı olmuşdur.