Mərasimdə çıxış edən Kürdəmir rayon icra hakimiyyətinin Başçısı Ceyhun Cəfərov sakinləri təbrik edərək rayonda sosial-iqtisadi sahələrdə qazanılan uğurları dövlətimizin başçısının regionlara, o cümlədən Kürdəmirə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirilib. Qeyd edib ki, hazırda bütün yaşayış məntəqələrinin təbii qazla tam təminatı istiqamətində davamlı işlər görülür. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Agsu Regional Qaz İstismarı idarəsinin rəsi Eldar Səmədzadə iştirak edib. Kənd sakinləri ən ucqar kəndlərdə belə əhalinin sosial ehtiyaclarının həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Sonda kəndə təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb. Həmin gün rayonun Köhünlü kəndində 144, Şüşün kəndinə 185 , 125 abonent isə Öyləqulu kəndində təbii qazla təmin edilib.