Çaparlı

Tarix: 9-12-2014 // saat: 09:31
Gorus tayfaları tərəfindən məskunlaşmış kəndlərdən biri Gorus-Çaparlıdır. Əsrin əvvəllərində şamaxı qəzasının Xançoban dairəsinə daxil olan bu kəndin adındakı "Gorus" etnonimi sonralar işlənməmiş, yalnız Çaparlı forması qalmışdır. XII-XIII əsrlərdə oğuz və türkmən tayfalarından biri çaparlı idi. Yaşayış məntəqəsi bu tayfalara mənsub ailələrin məskunlaşması nəticəsində formalaşmışdır.Çaparlı oykoniminin çapar /çaparxana sözü ilə bağlılığı da qeyd edilir. XVIII əsrdə Ağsu şəhərinə gedən rabitə /çaparxana məntəqələrindən biri burada yerləşirdi.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN