Аğsu rayonunda mal-qaranın baş sayı artır

Tarix: 12-10-2015 // saat: 23:13
Ölkə başçısı tərəfindən 2015-ci ili “ Kənd təsərrüfatı ili” elan olunmasını rəğbətlə qarşılayan fermer və ailə təsərrüfatları Ağsu rayonunda da bu sahənin inkişafına nail olublar.
Ağsu Rayon Statistika İdarəsindən aldığımız məlumata görə rayonda rayonun ailə-kəndli təsərrüfatlarında cari ilin 9 ayında 40688 baş iri buynuzlu ,161194 baş qoyun-keçi vardır ki, bu da 2014-cü ilin 9 ayında olan göstəricidən üstündür. Baş sayının artımı heyvandarlıq məhsullarının istehsalına öz müsbət təsirini göstərmişdir. Belə ki, ət istehsalı ( diri çəkidə) 3869 ton , süd 20969 ton yumurta 5906 min ədəd yun 301 ton olmuşdur ki, eyni ilə həmin göstəricilər ötən ili üstələyir.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN