Ağsu Rayon Statistika İdarəsindən aldığımız məlumata görə rayonda 01.10.2015-ci il tarixə 1048 ton kartof, 4290 ton tərəvəz,64 ton dənli-paxlalı,4469 ton bostan məhsulları,3642 ton meyvə 1609 ton üzüm toplanıb.
Lakin bağlarda, bostanlarda və üzümlüklərdə məhsul yığımı başa çatmayıb.Hava
Imkan verən kimi,kənd adamları məhsul yığımına çıxırlar.Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə həm natura ,həm də hektardan məhsuldarlıq çoxdur.Gəgəli,Ərəbuşağı,Kəndoba, Padarqışlaq kəndlərində məhsulun hektardan məhsuldarlığı daha çoxdur.
Məhsul yığımı ilə yanaşı, gələn ilin bünövrəsi indidən qoyulur.Belə ki, 2016-cı ilin məhsulu üçün 6 min hektara yaxın şum çıxarılıb,200 hektardan çox payızlıq taxıl əkilib.Şum çıxarılması və payızlıq əkin davam edir.