Cəlayir kəndi Ağsu rayon mərkəzindən 28 km cənubda yerləşir. Sıx məskunlaşmış kənd əhalisi bostançılıqla məşğul olur. Cəlayir oykoniminin etimologiyası tarixi Cəlayir dövlətini yaratmış cəlayir tayfasının adı ilə bağlıdır.Azərbaycanın digər rayonlarında da həmin tayfa ilə əlaqələndirilən toponimlərə rast gəlmək mümkündur. Qeyd etmək lazımdır ki, 1367-ci ildə Cəlayir hökmdarlarından şeyx Üveysin Şirvanı zəbt etməsi barədə məlumatlar vardır.