Sentyabrın 21-də şəhər 3 saylı körpələr evi-uşaq bağçasında məktəbəqədər təhsil müəsissələrinin iştirakı ilə “21 sentyabr Beynəlxalq Sülh Günü” nə həsr olunmuş “Biz Sülh istəyirik” mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının müavini Vəsilə Əsgərli Beynəlxalq Sülh Gününün yaranma tarixi və mahiyyəti haqqında məlumat verib. Dünyanın bir çox yerində münaqişələrin davam etdiyini, günahsız uşaq və yeniyetmələrin münaqişə qurbanına çevrildiyini vurğulayan Vəsilə Əsgərli sülh mövzusunun torpaqlarının 20 faizi işğal edilən, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Təəssüf hissi ilə bildirib ki, dünyanın ən tolerant və sülhsevər ölkəsi olan Azərbaycanın vətəndaşları Ermənistanın təcavüzü nəticəsində doğma yurd-yuvalarından, ev-eşiklərindən məhrum olublar.
Tədbirdə uşaqlar sülhə, Vətənə aid şeirlər söyləyib, səhnəciklər nümayiş etdiriblər.