Göyçayda 308 nəfər tələbə adını qazanıb

Tarix: 16-9-2015 // saat: 13:25
Bu il ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanan göyçaylı gənclərlə görüş keçirilib. Görüşdə rayon məzunlarının ali məktəblərə bu ilki qəbul imtahanlarında yüksək nəticələr qazandığı qeyd olunub. Belə ki, 1021 məzundan 619-u qəbul imtahanlarında iştirak edib və 308 nəfər tələbə adını qazanıb. Abituriyentlərdən 83 nəfəri isə orta ixtisas məktəblərinə daxil olub.Ali məktəblərə daxil olan abituriyentlərdən 68 nəfəri 500-dən, 21 nəfəri isə 600-dən yuxarı bal toplayıb. Sevindirici haldır ki, 600-dən yuxarı bal toplayanların12 nəfəri kənd məktəblərinin məzunlarıdır. Bu, Göyçayın təhsil tarixində indiyədək əldə olunan ən yüksək göstəricidir. Həmçinin qeyd edilib ki, rayon abituriyentləri arasında ən yüksək nəticəni İnçə kənd orta məktəbinin məzunu Ziyafəddin Quliyev qazanıb. O, 680 bal toplayaraq Ali Neft Məktəbinə daxil olub. Alxasava kənd orta məktəbinin məzunu Ülvi Əsədullayev 678 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Göyçay şəhər 1 nömrəli orta məktəbin məzunu Ömər Cabbarlı 677 balla Azərbaycan Tibb Universitetinə qəbul olunublar. Rayon icra hakimiyyətinin başçısı cənab Mübariz Ağayev məzunları təbrik edərək onlara təhsildə yeni uğurlar arzulayıb. Sonra 600-dən yuxarı bal toplayan tələbələrə qiymətli hədiyyələr, onların müəllimlərinə isə fəxri fərmanlar təqdim olunub. Məktəblilər və yerli musiqiçilər şən mahnılar səsləndiriblər.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN