Şamaxıda “Heydər Əliyev Azərbaycanda multikulturalizmin banisidir” mövzusunda açıq dərs keçirilib

Tarix: 16-9-2015 // saat: 13:22
Dərsi aparan Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bilik Fondunun Himayəçilik Şurasının üzvü akademik Kamal Abdullayev Azərbaycanda bu gün mədəni, linqvistik, etnik rəngarəngliyin qorunmasına yönələn və uğurla həyata keçirilən dövlət siyasətinin, multikulturalizm sahəsində əsrlərdən bəri toplanan böyük tarixi təcrübənin, qazanılan unikal nailiyyətlərin beynəlxalq aləmdə təbliğinin gücləndirilməsinin zəruri olduğunu qeyd edərək. Azərbaycanın tarixən müxtəlif xalqların, millətlərin və din mənsublarının birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu müqəddəs məkan olduğunu bildiribr. Qeyd edib ki, dövlətin din siyasətinin əsas məqsədi ölkədə dini durumun müsbət və münaqişələrdən uzaq məcrada inkişafı üçün əlverişli şəraitin yaradılmasından, həmçinin cəmiyyətdaxili sabitliyin möhkəmləndirilməsindən ibarətdir. Dövlət müşaviri dövlətin din sahəsinə qayğısı, Ulu öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərimizin qorunmasında xidmətləri, ölkə prezidenti cənab İlham Əliyevin bu istiqamətdə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayıb.
Açıq dərsin mövzularından biri də “Kitabi-Dədə Qorqud” dastanı olub. Dövlət müşaviri xüsusi olaraq qeyd edib ki, dastanın təbliği, təşviqi, Dədə Qorqud irsinin daha dərindən öyrənilməsi, o cümlədən öyrədilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bildirmişdir ki, 1950-ci ildə pantürkizmi təbliğ edən ideologiyanın daşıyıcısı kimi yasaqlanmış "Kitabi-Dədə Qorqud" 1957-ci ildə yenidən tədqiqata cəlb olunmuş, 1975-ci ildə Heydər Əliyevin tapşırığına əsasən, “Dədə Qorqud” bədii filmi çəkilmişdir. Ulu öndər Heydər Əliyev 1997-ci il aprelin 20-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi haqqında Fərman və 1999-cu il fevralın 21-də “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında” Sərəncam imzalamışdır. Növbəti Fərman isə 2000-ci ildə “Bakıda Dədə Qorqud heykəlinin ucaldılması və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması” haqqında verilmişdir.
Həmçinin bildirmişdir ki, Prezident cənab İlham Əliyev də bu ənənəni əzmlə davam etdirmişdir. Dövlət başçısı 2007-ci ildə “Dədə Qorqud heykəli və “Dədə Qorqud dünyası” tarixi-etnoqrafik kompleksinin yaradılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi ilə Sərəncam imzalamışdır. 2013-cü ildə Dədə Qorqud parkı salınmış və “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılmışdır. Abidənin açılış mərasimində Prezident cənab İlham Əliyev dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd etmişdir ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunmuşdur. Həmin il Prezident cənab İlham Əliyev "Dədə Qorqud" dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi ilə bağlı sərəncam imzalamışdır.
Dərsdən sonra rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev çıxış edərək Dövlət müşaviri akademik Kamal Abdullayevə açıq dərsin təşkilinə görə təşəkkürünü bildirmiş, Azərbaycanın bugünki tərəqqi yolundan, uğurlu daxili və xarici siyasətindən, dövlətin təhsilə göstərdiyi diqqətindən, Ümummilli lider Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident cənab İlham Əliyevin gənc nəslin hərtərəfli inkişafına göstərdiyi qayğıdan söz açmış, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin olduğunu vurğulamış, milli-mənəvi dəyərlərimizin qorunmasına dövlət qayğısından danışmışdır.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN