Cavanşir

Tarix: 9-12-2014 // saat: 09:29
Cavanşir kəndi Ağsu rayonunun qədim kəndlərindən olmuşdur.XX əsrin əvvəllərindən başlayaraq kənd əhalisi kütləvi olaraq Ağsu şəhərinə köçmüşdür. Hazırda Cavanşir kəndindən yalnız kəndin qəbirstanlığı və Pir Bəxtiyar türbəsi yadigar qalmışdır. Qəbir daşları üzərində yazılmış tarixlərə əsasən demək olar ki, burada bir neçə əsr fasiləsiz yaşayış olmuşdur (XVIII-XX əsrlər).Ehtimal ki, Cavanşir oykonimi Qafqaz Albaniyası knyazlarından olan Cavanşirin adı ilə bağlıdır. Ümumiyyətlə, Ağsu rayonu ərazisində alban tayfaları ilə əlaqələndirilən çoxlu sayda toponimlərə rast gəlinir. Cavanşir oykoniminə uyğun olaraq Cavanşir hidronimi də yaranmışdır.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN