Göyçay rayonunda zəhərlənmə hadisəsi qeydə alınıb

Tarix: 8-9-2015 // saat: 10:40
APA-nın yerli bürosunun xəbərinə görə, şəhər sakini, 1993-cü il təvəllüdlü Muradov İlkin Saday oğlu yaşadığı evdə psixotrop dərmanları qəbul edərək zəhərlənib. O, ailə üzvlərinin köməyi ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sonradan onun vəziyyəti ağırlaşdığı üçün təcili olaraq müalicə üçün Bakı şəhərindəki Respublika Toksikologiya Mərkəzinə göndərilib. Hazırda İ. Muradovun koma vəziyyətində olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN