Heydər Əliyev Mərkəzində keçirilən məşğələni idarəetmə məktəbinin icraçı direktoru Fərman Bəşirov açaraq bugünkü təhsil uğurlarımızı dəyərləndirərək ölkəmiz üçün vacib bir məsələ olduğundan danışıb.
Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxış edərək, Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğıdan, Dövlət Proqramlarında, konsepsiyalarda təhsilin inkişaf məsələsinin prioritet olmasından bəhs edib. R.Orucov bildirib ki, respublikamızda təhsilin səviyyəsi hazırda beynəlxalq standartlara cavab verən səviyyəyə çatmaqdadır.
Əməkdar müəllim Şəfaqət Rəsulov, Peşə Tədris Mərkəzinin direktoru Zaur Muradov,şəhər 1 saylı tam orta məktəbin müəllimi Aytəkin Əhmədova, şəhər 3 saylı tam orta məktəbin direktoru Əhmədağa Ələkbərov, şəhər 5 saylı məktəbin direktoru Məmmədov Elçin çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşkilatçılığı ilə aparılan Azərbaycan təhsilinin inkişaf strategiyası və təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması barədə danışdılar.
Məşğələyə yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bildirdi ki, bu gün müstəqil Azərbaycanda, ulu öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə uğurla davam etdirilir. Təhsil sahəsində həyata keçirilən böyük tədbirlər də bu siyasətin üzvi tərkib hissəsidir. Qəbul оlunmuş yeni Təhsil Qanunu və оna uyğun aparılan islahatlar Azərbaycan təhsilinin dünyaya inteqrasiyasına, milli və dünyəvi dəyərlər zəminində yüksəlişinə layiqincə xidmət etməkdədir. Bir-birinin ardınca tikilib istifadəyə verilən, ən müasir maddi-texniki bazaya malik məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsinə yönələn tədbirlər bu baxımdan xüsusi dəyərə malikdir. Azərbaycanda, о cümlədən İsmayıllıda təhsilin yüksəlişi, uğurları “Təhsil millətin gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsidir.