Kürdəmirdə əmək yarmarkası

Tarix: 31-8-2015 // saat: 13:41
Əmək yarmarkasında rayonun 55 dövlət, qeyri dövlət təşkilatları və fiziki şəxslər iş yerləri təqdim edib. Onlardan 16 dövlət ,11 qeyri dövlət təşkilatları və 28 fiziki şəxslərdir.Təqdim olunan boş iş yerlərinin sayı 270 olmaqla 157 qulluqçu vəzifəsi, 62 fəhlə peşələri və 51 xidmət sahəsinə aiddir. Dövlət müəssisələrindən 182, qeyri dövlət 39, fiziki şəxslərdə 49 iş yerləri təqdim olunub. Bu müəssisələrdə minimum əmək haqqı 105 manat, maksimum əmək haqqı 270 manat təşkil edir.
Əmək yarmarkasında 780 nəfərdən çox rayon sakinləri iştirak edib ki, onlardan 124 nəfərə o ,cümlədən 42 dövlət, 49 nəfərə qeyri dövlət müəssisələrinə və 33 nəfər fiziki şəxslərdə işədüzəlmək üçün göndəriş verilib, 2 nəfər kvota yerlərinə,18 nəfər peşə hazırlığına ,20 nəfər içtimai işlərə cəlb olunub.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN