Göyçay rayonunda fərdi yaşayış evində - bir nəfər yanıq xəsarəti alıb

Tarix: 14-8-2015 // saat: 15:34
Hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb. Yanğın zamanı ev sahibin həyat yoldaşı, 34 yaşlı Elmarə Əliyeva yanıq xəsarətləri alaraq Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.
Kənd sakini 40 yaşlı Şamo Məmmədova məxsus ümumi sahəsi 48 kvadratmetr olan 2 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. İlkin ehtimala görə, mənzilin mətbəxində kiçik məişət qaz balonunun alışması evdə yanğına səbəb olub. Hadisə zamanı ev tamamilə yanaraq yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN