Şamaxıda stadiona yaxın ərazidə qəflətən yer səthində çöküntü yaranıb. Müvafiq qurumlar hadisə yerinə gəlib, ərazi mühafizəyə götürülüb.Əraziyə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şamaxı arxeoloji ekspedisiyası qrupu çağırılıb. Qrup rəhbəri Şirzad Əhmədovun başçılığı ilə ərazidə ilkin tədqiqat işləri aparılıb.
Şirzad Əhmədov bildirib ki, ərazidə 3 metr dərinlikdə çöküntü yaranıb. Bu dərinlik çox da ola bilər. Ehtimala görə, çöküntüyə yerin altında XX əsrə qədər istifadə edilən, təqribən 5-10 ton tutumu olan taxıl anbarı səbəb olub. Əlbəttə, bütün bunlar ilkin rəydir. Ərazidə ətraflı arxeoloji tədqiqatlar aparılacaq.