İsmayıllı Humanitar Texnologiya Kolleci 2013-cü ildən fəaliyyətə başlamışdır. Kollecdə 8 ixtisas üzrə 346 nəfər tələbə təhsil alır. Fəaliyyətə başladığı dövrdən bu günə kimi ixtisaslar üzrə mütəxəsis hazırlığı yüksək səviyyədə həyata keçirilmiş, tədrisin müasir tələblərə uyğun qurulmasına nail olunmuşdur. Rayonda yeganə tələbə müəssisəsi olan kollec rayonun mədəni həyatında, kütləvi tədbirlərin təşkilində həmişə yaxından işkirak edir, gənclərin əsl vətəndaş kimi yetişməsi daim diqqətdə saxlanır.
2015-ci ildə kollecin ilk məzunlarının buraxılışı oldu. Turizm və onun təşkili fakültəsi üzrə 4 nəfər, kompüter şəbəkələrinin və hesablama texnikasının təmiri və servis xidməti fakültəsi üzrə isə 9 nəfər kolleci bitirib. Bir nəfər məzun-Ədilova Elyanə Təvəkkül qızı məktəbi fərqləmə diplomu ilə bitirib.
Avqustun 6-da kollecdə diplomların təqdim olunması mərasimi keçiriib. Təqdimat mərasimində valideyinlər, müəllimlər, rayonun qabaqcıl ziyalıları, gənclər, RİH-nin, şəhər bələdiyyəsinin, yerli qəzetin nümayəndələri iştirak ediblər. Kollecin direktor əvəzi S.Qasımova, şəhər bələdiyyə sədri P.Ağayev, RİH-nin nümayəndəsi M.Məhərrəmov, Rayon peşə tədris mərkəzinin direktoru Z.Muradov, “İsmayıllı xəbərləri” qəzetinin baş redaktoru Ş.Soltanov, valideyn İ.Tarverdiyev, bələdiyyə üzvü R.Şirəliyev, müəllimlərdən Ş.əhmədov, R.Qasımov və başqaları çıxış edərək məzunları, kollecin pedaqoji kollektivini ürəkdən təbrik etdilər.RİH-nin nümayəndəsi, rayon rəhbəri iqtisad elmləri doktoru,professor, Əməkdar elm xadimi cənab Mirdaməd Sadıqovun səmimi təbriklərini kollec məzunlarına çatdırıb, onlara müstəqil həyat yollarında, qazandıqları sənət sahəsində uğurlar arzulayıb. Məzunlara bitirdikləri ixtisaslar üzrə təntənəli şəkildə diplomlar təqdim olunub.