Gənclər arasında azərbaycançılığın təbliği

Tarix: 31-7-2015 // saat: 12:48
Heydər Əliyev Mərkəzində “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolu” adlı təlim keçirib.
Təlimdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, İctimai Birliyin sədri Çingiz Bayramov, RGİİ-nin rəisi Taleh Salehov, İsmayıllı UADM-ın direktoru Lətifə Əliyeva, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak ediblər. Əsas məqsəd gənclər arasında azərbaycançılığın təbliğində dini maarifçiliyin rolunun artırılması, gənclərə ölkə rəhbərliyinin dövlət-din münasibətlərinə xüsusi həssaslıqla yanaşması, zəngin multikulturalizm ənənələrinin qorunub saxlanması istiqamətində həyata keçirdiyi tədbirlər, bu istiqamətdəki təbliğat və təşviqat işləri haqqında məlumat vermək olub.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN