Taxıl biçininə hazırlıq mütəşəkkil aparılmış, kənardan cəlb edilənlərlə birlikdə zəmilərə 136 kombayn çıxarılmış, 20 iş günü müddətinə ən minimal itkilərlə taxıl biçini başa çatdırılmışdır. Yüksək məhsul əldə etmək üçün görülmüş aqrotexniki tədbirlər və havaların taxılçılıq üçün əlverişli olması nəticəsində bu il rayonun tarixində rekord miqdarda 109 min tondan çox məhsul istehsal edilmiş, hektardan məhsuldarlıq 28,1 sentner olmuşdur ki, buda ötən ildəkindən 12 sentner çoxdur.
Toxum istehsalına daha diqqətlə yanaşılmış, 6 min tonadək toxumluq dən ayrılmış və çeşidlənərək 5 min tondan çox yüksək reproduksiyalı toxum əldə edilib.