Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra tədbir Heydər Əliyev Mərkəzində öz işinə başlayıb.
Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Mətbuatının yaradıcısı Həsən bəy Zərdabinin və şəhid jurnalistlərin əziz xatirəsini yad ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının ictimai-siyasi və humanitar məsələləri üzrə müavini Vəsilə Əsgərli milli mətbuatımızın 140 illik yubileyi münasibətilə iştirakçıları təbrik edib və əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuatın zəngin tarixi inkişaf yolu keçdiyini qeyd edərək müstəqil Azərbaycanda ictimai həyatın ən müxtəlif sahələri üzrə əldə olunan uğurların ictimaiyyətə çatdırılmasında, dövlətçilik maraqlarının müdafiəsində müasir medianın xidmətlərini yüksək qiymətləndirib.Vəsilə Əsgərli bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2 iyun 2015-ci il tarixli “Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq rayonumuzda da qeyd olunur.
Dəyirmi masada “Azərbaycan Milli Mətbuatının tarixi” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin Aran Regional Şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı, “Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz” mövzusunda Heydər Əliyev Mərkəzinin direktoru Dürriyə Seyidova, “Milli mətbuatımıza dövlət dəstəyi” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasının Regional şöbəsinin elmi işçisi, Azərbaycan jurnalistlər birliyinin üzvü Tofiq Abdullayev,“Müasir inkişafımız və mətbuat” mövzusunda Carlı kənd tam orta məktəbinin müəllimi Abduləziz Xanəhmədoğlu məruzələrlə çıxış edərək Azərbaycan Milli Mətbuatının ölkəmizin ictimai-siyasi və mədəni həyatında böyük rolu olduğunu, Azərbaycan Milli Mətbuatı öz tarixini 1875-ci il 22 iyul tarixindən Həsən bəy Zərdabinin çox böyük əziyyət və çətinliklərlə ərsəyə gətirdiyi “Əkinçi” qəzetindən başladığını qeyd edərək müstəqillik illərində mətbuatın qazandığı böyük uğurların Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladılar. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2 iyul 2015-ci il tarixdə imzaladığı "Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında" sərəncamını jurnalistlərə yüksək qayğının əyani təzahürü kimi dəyərləndiriblər.