Alpout

Tarix: 9-12-2014 // saat: 09:18
Alpout oykonimi qədim türk mənbələrində VIII əsrdən adı çəkilən alpout (alpavut) tayfasının adı ilə əlaqədardır. Onlar XI-XII əsrlərdə səlcuq oğuzlarının, XIV-XV əsrlərdə Qaraqoyunlu və Ağqoyunlu, XV əsrin sonlarından isə qızılbaş tayfasının tərkibində Ön Asiya və Cənubi Qafqazın siyasi hadisələrində 39 iştirak etmişlər. Alpoutlar Səvəfilərə hərbi xidmət əvəzində Cənubi Qafqazın müxtəlif bölgələrində torpaq almışdılar. Alpout tayfası şirvanda ən çox yad edilən tayfalardandır. Hazırda Alpout adlı kənd olmasa da bir sıra kəndlərdə alpoutluların nəsilləri yaşamaqdadır. XIX əsrdə həmin tayfa ilə bağlı oykonimlər müasir Ağsu rayonu ərazisində də mövcud olmuşdur.1824-cü ildə şirvan əyalətinin Xançoban mahalında 12 ailə yaşayan Alpout kəndi, Houz mahalında isə 30 ailə yaşayan Alpout yaşayış məntəqəsi sonralar tamamilə boşalmışdır.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN