Rayon statistika idarəsindən verilən məlumata görə təsərrüfatlarda indiyədək 2800 tondan çox tərəvəz, 220 tondan artıq bostan məhsulları, o cümlədən Ağsuda kənd təsərrüfatı üçün ənənəvi olan soğan, pomidor, xiyar, badımcan, bibər, sarımsaq, yemiş, qarpız və s istehsal olunub. Hazırda məhsul yığımı sürətlə davam etdirilir. Rayonun əksər ərazilərində, xüsusilə Padar, Növcü, Kəndoba, Cəlair, Rəhimli, Bozavand və digər bir sıra ərazi vahidlərində sakinlər bol bostan-tərəvəz məhsulları yetişdiriblər. Məhsul bolluğu bazarda qiymətlərin ötən aya nisbətən xeyli aşağı düşməsinə 35-45 faiz ucuzlaşmasına səbəb olub.