Axundlu

Tarix: 9-12-2014 // saat: 09:17
XIX əsrin əvvəllərində ġirvan əyalətinin Xançoban mahalına daxil olan Axundlu kəndi ərazisində, 1824-cü ildə 10 ailə yaşadığı məlumdur.Ümumiyyətlə, XIX əsrdə şirvan ərazisində 30-60 ailəlik nüfusa malik kəndlər üstünlük təşkil edirdilər. Lakin bu dövrdə Axundlu kimi 5-10 ailəlik nüfusa malik kəndlər də az deyildi. Müasir dövrdə isə abad, çiçəklənən Axundlu kəndi Ağsunun sıx əhalisi olan kəndlərindəndir.XIV-XIX əsrlərdə Azərbaycan ərazisindəki bir çox toponimlər öz mənşəyini "pir", "molla", "seyid", "axund" kimi dini rütbələrdən götürür. Axundlu toponimi də "axund" və "lu" hissəciklərindən ibarət olub, dini rütbə adı ilə bağlıdır. 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN