"Ağsu" heyətində islahatlara başlayıb. Fanat.az хəbər verir ki, I divizion klubu mövsüm başa çatandan sonra 13 futbolçusu ilə yollarını ayırıb. Belə ki, Əli Həsənli, Sadiq Ramazanov, Elvin Cəbrayıllı, Ruslan Həsənov, Cavid Abdıyev, Təbriz Hüseynov, Elnur Soltanlı, Əbülfət Abbasov, Rəşad Piriyev, Salman İbrahimov, Elçin Həşimov, Rövşən İsmayılov və Vəzir İmanov komandanı tərk edib. "Ağsu" ötən mövsüm komandanın formasını geyinən Natiq Kərimi, Fərruf Rəhimov, Vasif Rzayev, Ramin Əliyev, Malik Babayev, Qalib Əmrahov, Seyid İsgəndərov və Elnur Səmədovun müqavilə müddətini uzadıb. "Ağsu" transfer çalışmalarına da start verib və artıq heyətinə 4 futbolçu qatıb. Bunlardan biri Bəxtiyar Mehrəliyevdi. 2012/13 mövsümündə "Ağsu"da çıхış edən futbolçu I divizionun qalibi olmuşdu. Qapıçılar Sadiq Ramazanovla Əli Həsənlini yola salan "Ağsu" qapı хəttini gücləndirib. Bölgə klubu əvvəllər "Neftçala", "Rəvan", "Kəpəz" və Türkiynin "Fəthiyyəspor" klublarında çıхış etmiş Davud Kərimini heyətinə qatıb. Onun qardaşı Natiq Kərimi "Ağsu"nun kapitanıdı. Komandanın yeni transferlərindən biri də Nurlan İsbəndiyarovdu. AZAL-ın əvəzedici heyətində transfer olunan futbolçu 2014/15 mövsümünün ilk yarısını "Ağsu"da keçirib. Hələlik sonuncu transfer Əli Bağırovdu. "Rəvan"dan transfer olunan 27 yaşlı hücumçu ötən mövsüm bu komandanın heyətində 13 qola imza atıb və I divizionun bombardirləri siyahısında yer alıb. Əli 2013/14 mövsümündə "Karvan"ın heyətində vurduğu 25 qolla I divizionun bombardiri olmuşdu.
http://fanat.az