Rayon icra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin məlumatına görə cari ildə şəhərin 8 küçəsinə - Ziya Bünyadov, İsrail Həsənov, Aydın Səlimzadə, Əliağa Vahid, Rəşid Mahmudov, S.Ə.Şirvani, Məhsəti Gəncəvi və Koroğlu küçələrinə 29500 kv.m asfalt örtük döşənib.Küçələrdə səkilər, suötürücü kanallar yenidən qurulub, bəzi yerlərdə işıqlandırma sistemləri yenilənib.
Şəhərin baş planına əsasən, küçələr dairəvi sxem üzrə yenidən qurulmaqla, əsas prospekt və baş küçələrlə birləşdirilir. Hazırda Heydər Əliyev prospektində yenidənqurma və abadlıq işləri davam etdirilir. Burada bazarın qarşısında “Saat meydanı”nın və “Sənətkarlar bazarı”nın inşasına hazırlıq işləri görülür.