Aratkənd oykoniminin adı 1917 – ci ilə aid mənbələrdə Gorus – Artkənd formasında göstərilir. 1933-cü ilə kimi yalnız bir Aratkənd olmuşdur. Sonralar kənd böyüyərək parçalanmış, iki kənd yaranmışdır. Onlardan qədim Aratkənd I, sonra yaranan Aratkəndə isə II fərqləndirici əlaməti artırılmışdır. 1992 - ci ildən I Aratkənd Məşədiqanlı, II Aratkənd isə Curuqlu adlanır. Aratkənd oykonimi monqol ordusu tərkibində Azərbaycana gəlmiş oyratlarla əlaqələndirilir.Curuqlu isə həmin tayfaya mənsub tirələrdən birinin adıdır.