Milli Mətbuatın 140 illiyi ərəfəsində İsmayıllı rayonunda Zərdabi Mətbuat Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə "Milli Qəhrəmanlarımızın təbliği" mövzusunda Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib. Tədbirdə RİHB-nin müavini Sevil Əhmədova, “Zərdabi Mətbuat Mərkəzi” İctimai Birliyinin sədri Rəhim Hüseynzadə, ekspert Seymur Verdizadə və ictimaiyyət nümayəndələri iştirak edib.
RİHB-nin müavini Sevil Əhmədova layihənin önəmindən danışıb.
Zərdabi Mətbuat Mərkəzi İctimai Birliyinin sədri Rəhim Hüseynzadə öncə yaradılan şəraitə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib və “Milli Qəhrəmanların təbliği və media mütəşəkkiliyi: mövcud durum və prespektiv vəzifələr “ mövzusunda çıxış edib.
Müzakirələrdə iştirak edən rayon veteranlar şurasının sədri Abduləli Əliyev, Qarabağ müharibəsi əlili Kamil Dadaşov, QHT sədri Eldar Əliyev, 3 saylı şəhər tam orta məktəbin liseyin şagirdi Toğrul Qasımov Milli Qəhrəmanların hər zaman təbliğ olunmasında kütləvi informasiya vasitələrinin rolunun artırılmasını qeyd ediblər və tövsiyə olunub ki, mediada vətənpərvərlik təbliğatını artırmaq üçün daha geniş addımlar atılmalıdır.
Yerli media təmsilçisi kimi çıxış edən “İsmayıllı xəbərləri” qəzetinin redaktoru Şahməmməd Soltanov rayonda mövzu ilə bağlı görülən işlərdən danışaraq bildirib ki, layihə çox təqdirəlayiqdir. “Milli Qəhrəmanları təbliğ etmək əli qələm tutan hər kəsin ümdə vəzifəsi olmalıdır. Bu iş vətəndaşlıq borcundan qaynaqlanır.”