Gəzdim oba-oba neçə diyarı
Xoş sözü söhbəti Ağsuda gördüm.
Bir kəlmə sağola, bir tanışlığa,
Ən böyük hörməti Ağsuda gördüm.
Hər kəndi doğma tək qəlbimə yatdı
Şairlər hüsnündə yazdı yaratdı
Hay verdim dostlar hayıma çatdı
Sülhü, səadəti Ağsuda gördüm.
Canımı çox üzdüm boranda qarda
Gen gündə dost olan yad oldu darda
Qəlbə fərəh verən qızlarda,
Namusu, qeyrəti Ağsuda gördüm
Vüsal az düşməyib dərdə-cəfaya
Hələdə verməyib dərdi şəfaya
Saf eşqəç peymanaç əhdə, vəfaya
Çəkilən zəhməti Ağsuda gördüm..
Müəllif: Vüsal HƏSƏNOV