Məişət zorakılığı ilə mübarizə

Tarix: 4-7-2015 // saat: 11:50
İsmayıllı Tarix diyarşünaslıq muzeyində “Qadın və Uşaqların Problemlərinin Araşdırılması” İctimai Birliyinin seminarı keçirilib. Məqsəd məişət zorakılığının qarşısının alınması istiqamətində gənclərin fəaliyyətinin artırılması və maarifləndirmə tədbirlərinin təşkili və təbliğini genişləndirməkdir. Tədbirdə Rayon icra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Gənclər idarasinin rəisi Taleh Salehov, YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova, İctimai Birliyin sədri Kamalə Məmmədova, Cəmilə Şahverdiyeva və ictimaiyyətin nümayəndələri iştirak edib. RİHB-nin müavini Sevil Əhmədova ilk olaraq qonaqları salamladı və tədbir iştirakçılarına uğurlar arzulayıb. İctimai Birliyin rəhbəri Kamalə Məmmədova çıxışında məişət zorakılığından, məişət zorakılığı ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər haqqında məlumat verib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN