Axtaçı

Tarix: 9-12-2014 // saat: 09:16
Axtaçı kəndinin qalıqları abidəyə çevrilmiş və indiyədək yaddaşlarda qalmaqdadır. Bu kənddə yaşayış tərzi XIX əsrdə mövcud olmuşdur. Arxiv də rastlaşdığımız vergi sənədlərindən bəlli olur ki, bu kənddə 1824-cü ildə 130 ailə yaşamışdır. Həmin dövrdə inzibati cəhətdən Şirvan əyalətinin Xançoban mahalına daxil olan Axtaçı kəndi sonralar kütləvi köçmələr nəticəsində boşalmışdır. Axtaçı, Axtaçı Salyan, Axtaçı Soltanbəy və s. toponimlərdə adını əbədiləşdirən Axtaçı tayfası ġirvanın köçəri tayfalarından olmuşdur. XIX əsrin 60-cı illərində Axtaçı kəndindən Sabirabad rayonu ərazisinə köçən ailələr burada Axtaçı adı ilə bağlı 3 toponimin yaradıcısı olmuşlar. Axtaçı toponiminin padar etnonimi ilə əlaqələndirilməsi ehtimalları da mövcuddur. Axtaçı axta -"at ilxısı" və -çı "sənət, peşə, məşğuliyyət bildirən şəkilçi" hissələrindən ibarətdir. Atabaxan, mehtər mənası daşıyır.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN