Mərasim iştirakçıları əvvəlcə rayonun Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə tər gül-çiçək dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər.
Bu əlamətdar gün münasibətilə Kürdəmir rayon Polis Şöbəsində keçirilən tədbiri giriş sözü ilə açan rayon Polis Şöbəsinin rəisi, polkovnik Oqtay Məmmədov şəxsi heyəti və qonaqları salamlayaraq, Azərbaycan polisinin, o cümlədən Kürdəmir rayon Polis Şöbəsinin və şöbənin əməkdaşlarının keçdiyi şərəfli yoldan ətraflı danışıb.
Tədbirdə rayon prokuroru Əlixan Əliyev, rayon Məhkəməsinin sədri Sulduz Ləzimov, MTN Kürdəmir rayon şöbəsinin rəisi Babək Məmmədov və başqaları çıxış edərək polis əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib və onlara ətin və şərəfli işlərində uğurlar arzulayıblar.
Veteran polis işçiləri adından Qarabağ döyüşləri iştirakçısı Şərif Musayev, rayon ictimaiyyəti adından rayon Mədəniyyət və Turizm idarəsinin müdiri Vaqif Alıyev çıxış edərək Heydər Əliyev ideyalarına sadiq olan Azərbaycan Polisinin ən çətin məqamlarda dövlətçiliyimizi qoruduğunu, sabitliyin, əmin-amanlığın keşiyində durduğunu, vətəndaşların hüquq və azadlıqlarının etibarlı təminatçısı kimi bu gündə vəzifə borcunu şərəflə yerinə yetirdiyini bildirərək Peşə bayramı münasibətilə təbriklərni çatdırıb.
Sonra Rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov çıxış edərək Dövlətçiliyimizin qorunub möhkəmlənməsində, sabitliyin və əmin-amanlığın təmin olunmasında böyük fədakarlıq göstərən, Ulu Öndərimiz Heydər Əliyev ideyalarının həyata keçirilməsində , ölkə prezidenti cənab İlham Əliyevin etimadına, diqqət və qayğılarına layiqincə cavab vermək üçün öz qüvvə və səylərinin əsirgəməyən polis işçilərini əlamətdar gün münasibətilə təbrik edib. Onlara daha böyük uğurlar arzulayıb.
Xidməti fəaliyyətdə fərqlənən bir qrup polis işçisinə rayon İcra Hakimiyyəti Başçısı adından qiymətli hədiyyələr və pul mükafatları verilib.