Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun qəbulu

Tarix: 3-7-2015 // saat: 12:22
Nazir Şamaxıda Şamaxı, Ağsu, Qobustan, Kürdəmir, Göyçay rayonlarında yaşayan 40-dan artıq sakinin şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb.
Vətəndaşların müraciəti əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya, geologiya, biomüxtəliflik, ətraf mühitin monitorinqi və s. məsələlərlə bağlı olub.
Nazir qəbula gələn vətəndaşların müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.
Qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və aidiyyəti strukturlara çatdırılacağı bildirilib.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN