İsmayıllının Heydər Əliyev Mərkəzində “Tərəqqi” Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyi İsmayıllı bələdiyyələri ilə QHT-lər arasında münasibətlərin inkişafı məqsədilə dəyirmi masa keçirilib. Tədbirdə Rayon İcra hakimiyyəti başçısının müavini Sevil Əhmədova, iqtisadçı ekspert İndira Şəmisvari, Asif Əsgərli və Gülnarə Əsgərli və 70 nəfər fəal gənc iştirak edib.
Əsas məqsəd bələdiyyələrin QHT-lərlə işbirliyi yaratmaq və münasibətləri inkişaf etdirməkdir. Tədbir qarşılıqlı fikir mübadiləsi ilə davam etdirilib.