“İrəli” İctimai Birliyinin mayın 28-də start götürən humanitar aksiyası davam edir

Tarix: 11-6-2015 // saat: 17:30
AZƏRTAC xəbər verir ki, növbəti aksiya “Gənclər paytaxtı” seçilən İsmayıllı rayonunda keçirilib. Gələcəyimiz olan uşaqlar üçün uşaq evlərində və məhəllələrdəki idman infrastrukturunun yığılan ianələr hesabına yaxşılaşdırılması məqsədi daşıyan “Dostlarla oyunlara” kampaniyasının stendi İsmayıllı şəhərinin mərkəzi meydanına gətirilib. Şəhərdə quraşdırılan stenddə ianələr toplanılıb, əvəzində simvolik hədiyyələr təqdim olunub.
Keçirilən humanitar aksiya rayon sakinləri, xüsusilə gənclər tərəfindən böyük maraqla qarşılanıb və ismayıllılar bu aksiyada fəallıq göstəriblər.
Bir gün davam edən “Dostlarla oyunlara” kampaniyasının stendi növbəti məkana aparılıb.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN