Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Lent.az-a açıqlamasında deyib ki, Şamaxıda 4.6 gücündə baş vermiş zəlzələdən sonra 10-15 afterşok qeydə alınıb. Onlardan biri 3.8 bal gücündə olub.
Zəlzələ Şamaxının Zarat-Xeybəri kəndinə yaxın ərazidə qeydə alınıb. Q. Yetirmişli deyib ki, bu kənd qayalıq olduğundan evlərin özülü möhkəmdir. Ona görə də ilkin məlumata görə, evlərə ciddi zədə dəyməyib: “Hələ ki, enerji boşalması gedir. Ümumiyyətlə, Şamaxı ən aktiv seysmoloji bölgələrdən biridir”.