Respublika Yerli vaxtla 11: 07:21-də Pirquludan 13km şimalda Şamaxı ərazisində zəlzələ qeydə alınıb.Zəlzələ episentirde 3 bala qədər hiss olunub. Daha sonra növbəti zəlzələ İsmayıllıda baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən ilkin məlumatlara əsasən zəlzələ 15:06:18-da İsmayıllı rayonu ərazisində qeydə alınıb.Yeraltı təkanın maqnitudası 4 bal, dərinliyi 6 km olub. Zəlzələ əhali tərəfindən hiss edilib.