Məşəl estafeti Ağsuda…

Tarix: 30-5-2015 // saat: 22:24
 Bütün ölkəni gəzən birinci Avropa Oyunlarının məşəli bu dəfə Ağsuda alovlanıb. Məşəl estafeti rayonda sakinlərin yüksək hərarətilə qarşılanıb. Dağlar gözəli qədim Ağsunun mərkəzi məşəl səyahəti üçün bayramsayağı bəzədilmişdi. Məşəlin keçəçəyi yol boyu düzülən minlərlə sakin səbirsizliklə gözlədikləri anın sevincini yaşayırdı. Məşəlin qarşılanmasına çıxan yerli musiqiçilər isə maraqlı ifaları ilə mərasimə xoş ovqat qatmağa çalışırdı.
Nəhayət, Avropa Oyunlarının rəmzi qapısından məşəl estafeti start götürdü. Kürdəmirdən gətirilən məşəli gənc fəal Elnur Fərzalızadə təhvil aldı. Marafonu davam etdirən 10 idmançı ümumilikdə 2.4 km məsafə qət etdi. Yürüşə dəstək verən hər bir ağsulu, eləcə də 400-ə yaxın könüllü bu tarixi günün iştirakçısı olmaqdan məmnun görünürdü. 
Məşəl estafeti Heydər Əliyev parkında yekunlaşdı. Buradakı səhnədə quraşdırılan simvolik məşəli rayon uşaq, gənclər idman məktəbinin direktoru Cəmil Atakişyev alovlandırdı.
Kikboksinq üzrə 4 qat dünya çempionu Elşad Ələsgərovun təhvil aldığı rəmzi çıraq isə oyunlar başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq. Mərasim konsert proqramı ilə davam etdi. 
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN