“Son Zəng” Kürdəmirdə xüsusi təntənə ilə qeyd olunub

Tarix: 29-5-2015 // saat: 23:09
Mayın 29-da Respublikanın bütün ümumtəhsil müəssisələrində olduğu kimi Kürdəmir rayonunun orta ümumtəhsil müəssisələrində də “Son Zəng” tədbirləri keçirilib. Bu gün  Kürdəmir rayonunda 983 nəfər 11-ci sinifi , 1660 nəfərsə 1-ci sinifi qurtarıb. Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Ceyhun Cəfərov S.Paşayev adına şəhər 6 saylı tam orta məktəbində keçirilən “Son Zəng” tədbirində iştirak edib.Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov  müstəqil həyatın astanasında duran məzunları bu əlamətdar bayram günü münasibətilə təbrik edib, ölkəmiz və xalqımız üçün layiqli vətəndaş olmalarını arzulayıb, ölkə rəhbəri cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən  Respublikamızda  təhsil  sahəsində  aparılan  işlər və bu qəbildən Kürdəmir rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, məktəbin pedaqoji kollektivinə gələcək işlərində uğurlar arzulayib. Son zəng mərasimində çıxış edən 6 saylı tam orta məktəbin direktor əvəzi Elmira Şıxəliyeva məktəb kollektivinin təhsildə qazandığı uğurlardan söz açıb, ötən il ölkə başçısının məktəblilər qarşısındakı çıxışı zamanı şagirdlərə və pedaqoji kollektivə verdiyi tövsiyələri yada salmış, yaradılan şəraitə görə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirib. Daha sonra məktəbin müəllimləri,valideynlər və qonaqlar çıxış edərək 11-ciləri təbrik etdilər və onlara müstəqil həyatda uğurlar arzulayıblar. Tədbirdə məktəbin 1-ci və 11-ci sinif şagirdlərinin hazırladıqları  mahnı və rəqslərdən ibarət konsert proqramları təqdim olunub. Məktəb həyatına əlvida deyən məzunlar son zəngin sədaları altında məktəbin simvolik açarını 10-culara veriblər,bu ilki birincilərə hədiyyələr təqdim edilib.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN