Göyçay sakini dostları ilə birgə atasının evindən küllü miqdarda pul və qızıl oğurlayıb

Tarix: 16-5-2015 // saat: 22:45
 Göyçay rayonunda mənzildən oğurluq edən 3 nəfər tutulub. Rayon Polis Şöbəsinin məlumatına  görə, hadisə rayonun Potu kəndində qeydə alınıb. Kənd sakini, sahibkar İlqar Ömərov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mənzildən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri  nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri, 25 yaşlı Ömərov Namiq İlqar oğlu, 1973-cü il təvəllüdlü Quliyev Seymur Qəzənfər oğlu və 29 yaşlı  Həsənov Teymur Məzahir oğlu saxlanılıb. Məlum olub ki, ev sahibi İlqar Ömərovun oğlu Namiq Ömərov dostları ilə qabaqcadan əlbir olaraq atasının evinə daxil olublar və içərisində 139 000 ABŞ dolları, 21 000 manat pul, külli miqdarda qızıl-zinət əşyaları və 21 ədəd özəlləşdirmə çeki, xeyli sənədlər, bank kartları olan dəmir seyfi oğurlayıblar. Onlar seyfin içindəkiləri götürüblər və seyfi Yuxarı Şirvan kanalına atıblar. Saxlanılan şəxslərdən 91 250 dollar, qızıl-zinət əşyaları və  21 ədəd özəlləşdirmə çeki maddi sübut kimi götürülüb. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
 

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN