Heydər Əliyev Mərkəzində İsmayıllı şəhər 7 saylı , Uştalqışlaq, Kəlbənd , Cülyan kənd tam orta məktəblərinin XI sinif şagirdləri Heydər Əliyev irsinin öyrənilməsinin növbəti məşğələsində iştirak ediblər. Dərsdə rayon İcra Hakimiyyətinin məsul işçisi və rayon təhsil şöbəsinin nümayəndələri də, iştirak ediblər. Tarix müəllimi Qumru Abdullayeva “Ümumilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafın təminatçısıdır” mövzsunda şagirdlərə geniş məlumat verib. Azərbaycançılıq məfkurəsinin formalaşması, milli kadrların yetişməsi, müstəqil dövlət təsisatlarının yaranmasında Ulu Öndərin müstəsna xidmətləri qeyd edilib. Bildirilib ki, açıq dərslərin təşkilindən məqsəd ümummilli lider Heydər Əliyevin yüksək ideyalarını, ölkəmizin dövlət quruculuğu prosesində bu dahi şəxsiyyətin rolunu və xidmətlərini öyrənmək və bütün bunları gənc nəsillərə çatdırmaqdır. Diskussiya şəraitində aparılan açıq dərsdə şagirdlərin sualları cavablandırılıb. Sonda Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edən filmə baxılıb.