Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi ilə birgə qadınların yerli ictimai həyatda iştirakını gücləndirmək və Azərbaycanda yerli səviyyədə daha çox gender yönümlü idarəetməni təmin etmək məqsədi ilə mentorluq proqramı həyata keçirir.
Proqram çərçivəsində bələdiyyə üzvü olan qadınların bələdiyyə idarəetməsində rolunun və iştirakının artırılması istiqamətində peşəkar layihələrin işlənib hazırlanmasını nəzərdə tutan praktik tövsiyələrdən ibarət “Fəal ol” adlı təlimat kitabçası hazırlanıb nəşr olunmuşdur. Bu məqsədlə “Fəal ol” adlı təlimat kitabçasının təbliği ilə əlaqədar İsmayıllı rayonunun Heydər Əliyev Mərkəzində də, təlim keçirilib. Tədbirdə RİH-nin başçısının müavini Sevil Əhmədova, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının layihə rəhbəri Fidan Qasımova , AQUPDK-nin ekspert təlimçisi Lyudmila Xəlilova, bələdiyyə sədrləri və üzvlər iştirak ediblər. Təlimdə qarşılıqlı fikir mübadiləsi aparılıb.