İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İvanovka İƏD üzrə nümayəndəsi Olqa Jabina ikinci Dünya Müharibəsinin bəşəriyyət üçün çox ağır və dəhşətli faciə olduğunu vurğulayaraq, faşizmin bütün dünya xalqlarına böyük fəlakətlər gətirdiyini bildirib. Böyük Vətən Müharibəsində həlak olmuş İvanovka kənd sakinlərinin siyahısını oxuyub. O. Jabinanın çıxışı İvanovka kənd folklor qrupunun müharibəyə həsr olunmuş həzin musiqi nömrələri ilə müşayət olunub. Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Həsən Həsənov rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından kənd sakinlərini böyük bayram münasibətilə təbrik edərək Böyük Vətən Müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinin həmişə uca tutacağını bildirib. Böyük Vətən Müharibəsində həlak olanların əziz xatirəsinə yaylım atəşi açıldıqdan sonra Böyük Vətən Müharibəsində həlak olmuş döyüşçülərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstələri və əkilillər quyulub.