İsmayıllı rayonda 21 nəfər Böyük Vətən müharibəsi iştirakçısı yaşayır. Rayon İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar, məktəblilər veteranlarla yaşadığı ünvanlarda görüşüb və “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalını onlara təqdim edilib. Ziyarətçilər RİH-nin başçısı cənab M.Sadıqovun təbrik məktubunu və bayram hədiyyəsini veteranlara çatdırıb Sağlamlıq durumu yerində olan veteranlarla çay süfrəsi arxasında səmimi söhbət aparılıb, onların mübarizə yolu bir daha xatırlanıb.