Ağsuda möhtəşəm Gül bayramı

Tarix: 7-5-2015 // saat: 22:57
Ağsu şəhər stadionunda mayın 7-də axşamüstü möhtəşəm Gül bayramı keçirilib. AZƏRTAC xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən Gül bayramında 5 min nəfərədək rayon sakini və qonaq iştirak edib. Bayrama gələnlər gül və çiçəklərlə bəzədilən, daha gözəl görkəmə düşən şəhər stadionuna heyranlıqla tamaşa ediblər. Ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının embleminin çiçəklərlə təsviri isə hər kəsdə iftixar hissi doğurub. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının IV kurs tələbəsi Vüqar Qurbanovun yağlı boya ilə çəkdiyi Ulu Öndərin portreti tamaşaçıların marağına səbəb olub. Sonra respublikanın tanınmış musiqiçilərinin ifasında bayram konserti təqdim edilib.









Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN