Ulu Öndərin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq

Tarix: 7-5-2015 // saat: 22:54
Şamaxıda böyük öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən konfrans keçirilib. AZƏRTAC xəbər verir ki, konfrans iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət ediblər. Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev konfransı açaraq müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin ölkəmizin tarixində əvəzsiz xidmətlərindən danışıb. O, böyük öndərin işləyib hazırladığı sosial-iqtisadi strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, nəticədə Azərbaycanın regionun ən qüdrətli ölkəsinə çevrildiyini vurğulayıb. Sonra konfrans məruzələrlə davam etdirilib. Məruzələrdə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu, eləcə də sosial-iqtisadi sahədəki xidmətləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, mənalı ömrünü xalqına, onun azadlığı və firavanlığına həsr edən Ulu Öndərin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Konfransda ümummilli lider Heydər Əliyevə həsr olunan film nümayiş etdirilib.

Son şərhlər
Siz də yazın
SİZ DƏ YAZIN